2024-cü ilin Dövlət Mükafatına təqdim olunan işlər...
SİYAHI AÇIQLANDI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.

 

Senzor.az bildirir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası tərəfindən təqdim edilib.

 

Həmin işlər aşağıdakılardır:

 

Elm sahəsində:


1. Adil Qəribov - "Atom-hidrogen energetikasında termo və radiasion-heterogen proseslər" - Rusiyada nəşr olunmuş monoqrafiya.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu təqdim etmişdir.


2. Könül Bünyadzadə - "Sufi fenomenologiya" - monoqrafiya (iki cilddə).

Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu təqdim etmişdir.


3. Fatimə Mustafayeva, Nəcəf Qəhrəmanov - "Polietilen əsasında odadavamlı kompozit materialların alınması, tədqiqi və emalı" - monoqrafiya.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutu təqdim etmişdir.


4. Qüdrət Kəlbəliyev, DilqəmTağıyev, Sakit Rəsulov - "Qeyri Nyuton neftlərinin və neft dispers sistemlərinin reologiyası və mexanika sahəsində fundamental tədqiqatlar".

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti təqdim etmişdir.


5. İradə Hüseynova, Samirə Rüstəmova, Durna Əliyeva, Tofiq Allahverdiyev, Atabəy Cahangirov - "Rəqəmsal və yeni genom texnologiyalarından istifadə etməklə buğdanın quraqlığa davamlılıq mexanizmlərinin araşdırılması, yeni genotiplərin yaradılması və tətbiqi".

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu təqdim etmişdir.


6. Nizami Cəfərov - "Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət" - kitab.

Bakı Dövlət Universiteti təqdim etmişdir.


7. Natiq Cavadov, Elçin İsgəndərzadə, Hikmət Əsədov - "Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar".

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi təqdim etmişdir.


8. Mahirə Hüseynova - "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" - kitab.

Azərbaycan Dövlət Pedaqoji Universiteti təqdim etmişdir.


9. Ziyad Səmədzadə - "XX əsrdə və müstəqillik dövründə Azərbaycan iqtisadiyyatı və onun inkişafının aktual problemləri"- silsilə əsərlər.

Azərbaycan İqtisadçılar İttifaqı təqdim etmişdir.


10. Sadiq Qurbanov - "Zamana sığmayan lider. Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi".

Azərbaycan Dövlət İqtisad Universiteti təqdim etmişdir.


11. Qurban Yetirmişli, Fəxrəddin Qədirov, Səbinə Kazımova, Rafiq Səfərov - "Azərbaycan ərazisində seysmik və geodinamik aktivliyin monitorinqi üçün rəqəmsal üçsəviyyəli texnologiya (yer səthi, səthə yaxın, peyk) sisteminin yaradılması və tətbiqi: nəticələr və perspektivlər" - 2000-2023-cü illərin elmi nəşrlər silsiləsi.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi təqdim etmişdir.


Texnika sahəsində:


12. İlqar Nəzərov, Məmmədsaleh Əliyev, Rafiq Hüseynov - "Hərbi təyinatlı sursatların istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsal sahələrinin yaradılması".

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "Şərq İstehsal Birliyi" MMC təqdim etmişdir.


13. Vaqif Fərzəliyev, Həqiqət Cavadova, Əfsun Sucayev, Vasif Abbasov, Səxavət Rüstəmov - "Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili" - kompleks elmi-texniki iş.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu təqdim etmişdir.


14. Vaqif Məhərrəmov - "Kosmik obyektlərin infraqırmızı müşahidə texnikası" (rus dilində nəşr) «Tехника инфракрасных наблюдений космических обьектов».

Azərbaycan Texniki Universiteti təqdim etmişdir.


Memarlıq sahəsində:


15. Rayihə Əmənzadə - "Gəncə şəhərinin memarlıq salnaməsi. XII-XIX əsrlər" - kitab.

Azərbaycan Memarlar İttifaqı təqdim etmişdir.


Mədəniyyət sahəsində:


16. Vaqif Mustafayev, Azər Quliyev - "Həyat, deyəsən gözəldir" - bədii film.

Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı təqdim etmişdir.


17. Sakit Məmmədov - "Heydər Əliyev və Qarabağ"- diptix.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi təqdim etmişdir.


18. Ərtegin Salamzadə, Xəzər Zeynalov - "Təsviri sənətdə Heydər Əliyev obrazı" (ingilis dilində nəşr) - kitab.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu təqdim etmişdir.


19. Salxab Məmmədov, Əli İbadullayev - "Humanizmi tərənnüm edən Azərbaycan qadınları" (Fransanın Konyak şəhərində parkda Məhsəti Gəncəvinin abidəsi (2016-cı il) və Evian-le-Bən şəhərində Natəvanın abidəsi (2018-ci il).

Azərbaycan Rəssamlar İttifaqı təqdim etmişdir.


20. Fuad Salayev - "Qarabağnamə" heykəltaraşlıq kompozisiyası: Bakı şəhəri Muzey Mərkəzinin önündə ucaldılan "Səyyah" və "Müzəffər" heykəlləri.

Azərbaycan Rəssamlıq Akademiyası təqdim etmişdir.


21. Eldar Mikayılzadə - "Azərbaycan xalçası: ilmələrin rəqsi"- kitab-kataloq.

Azərbaycan Milli İncəsənət Muzeyi təqdim etmişdir.


22. Mehriban Ələkbərzadə - Son illərdə rejissorluq fəaliyyətinə görə.

Azərbaycan Teatr Xadimləri İttifaqı təqdim etmişdir.


Ədəbiyyat sahəsində:


23. Sabir Rüstəmxanlı - "Son illərdə yaradılan silsilə əsərlər"

Azərbaycan Yazıçılar Birliyi təqdim etmişdir.


24. Yunus Oğuz - "Cığır"- tarixi roman.

Azərbaycanda Atatürk Mərkəzi təqdim etmişdir.



25. Asif Mərzili (Məmmədov) - "Sonuncu əmr" - roman.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi təqdim etmişdir.

Dövlət Mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.


Komissiyanın ünvanı: AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68.

Azərbaycan Respublikasının Nazirlər Kabineti. E-mail: [email protected] 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.