Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
YENİLƏNİR, FOTO

Azərbaycanın hər yerində olduğu kimi, işğaldan azad olmuş ərazilərdən ilk dəfə Şuşada elektrik avtobuslar istifadəyə veriləcək. Bu avtobuslar Gəncədə bizim belaruslu həmkarlarımızla birgə işbirliyi ilə istehsal olunur. Biz artıq 4 belə avtobus əldə etmişik, onlar landşaft testindən keçirilib.


Senzor.az xəbər verir ki, bu barədə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində aprelin 24-də Laçında keçirilən Qarabağda dayanıqlı inkişafa həsr olunmuş paneldə bildirib.


Otuz ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə təşkil olunan tədbirdə A.Kərimov məlumat verib ki, elektrik avtobuslar gələn aydan Şuşada istifadəyə veriləcək.


O, həmçinin vurğulayıb ki, gələn aydan Şuşaya keçmiş məcburi köçkünlərin köçü başlayacaq.

**

“Biz bu ilin yanvar ayından başlayaraq Şuşa şəhərinin yollar şəbəkəsinin bərpasına başlamışıq. Bu işlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 2024-2025-ci illəri əhatə edir. Bu mərhələdə 22 km uzunluğunda yollar bərpa olunacaq”.


Senzor.az xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində aprelin 24-də Laçında keçirilən “Qarabağda dayanıqlı inkişaf” mövzusunda paneldə bildirib.


“2026-cı ilin sonunda isə bu rəqəm 35 kilometr olacaq. Belə layihələr bizim işğaldan azad olunmuş digər bölgələrimizdə də həyata keçirilir. Bu regionlarda velosiped yolları da olacaq”, - deyə A.Kərimov vurğulayıb.


A.Kərimov bu günədək Şuşada 196 abidə bərpa olunduğunu da əlavə edib.

**

Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axının çox olacağı gözlənilir.


Senzor.az xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində aprelin 24-də Laçında keçirilən Qarabağda dayanıqlı inkişafa həsr olunmuş paneldə bildirib.


“Laçın şəhəri artıq cənnətə çevrilməkdədir. Laçın bundan bir neçə il öncə heç belə deyildir. Prezident İlham Əliyevin göstərdiyi diqqət və səylər nəticəsində bir neçə ildə azərbaycanlıların doğma yurdu olan Laçın abadlaşdırıldı. Artıq Laçına 850-dək vətəndaşımız daimi yaşayış üçün köçürülüb”, - deyə Məsim Məmmədov vurğulayıb.


Laçının çox böyük potensialı olduğunu diqqətə çatdıran Prezidentin xüsusi nümayəndəsi deyib: “Hazırda Laçında yeni texnologiyalara əsaslanan innovativ enerji sistemi qurulub. Ümumilikdə şəhərdə 24 günəş paneli quraşdırılıb. "Sus" və "Ağbulaq" su elektrik stansiyaları bərpa olunub. Ümumilikdə Laçında bərpaolunan enerji layihələrinin inkişafı üçün çox geniş şərait var. Hazırda regionda 18 aqrobiznes var və 450 iş yeri mövcuddur”.


Laçında mövcud infrastruktur layihələri barədə məlumat verən M.Məmmədov diqqətə çatdırıb ki, Ermənistanın 30 illik işğalından azad edilmiş bu ərazilərdə böyük quruculuq işləri davam etməkdədir.

**12:52

Aprelin 24-də Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində konfrans işinə başlayıb.


Senzor.az xəbər verir ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda akademiklər, sabiq səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı öz təcrübələrini bölüşürlər.


Qeyd edək ki, həmin ekspertlər aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.

ADA Universiteti və BMTM-in birgə təşkilatçılığı ilə keçirilən 6-cı forum çərçivəsində Laçında təşkil olunan panel müzakirələrdə COP29-a və Azərbaycan yaşıl enerji siyasətinə xüsusi diqqət yetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilir.


İşğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndələrin çıxışları ilə keçirilən ilk panel müzakirədə ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayev çıxış edib. Qarabağda dayanıqlı inkişafa həsr olunan bu panel ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə işə başlayıb.


Paneldə Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndə Vahid Hacıyev çıxış edəcəklər.


**11:37

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.


Senzor.az xəbər verir ki, forum iştirakçıları öncə Zəngilan şəhərinə gəliblər, burada onlar Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Ekspertlər bir gün əvvəl Bakıda başlayan beynəlxalq forumun öz işini davam etdirəcəyi Laçın şəhərinə də səfər edəcəklər.


Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir.


Forum iştirakçıları bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və Azərbaycanın “yaşıl enerji” sahəsində fəaliyyətini müzakirə edəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.