Mayın 12-si saat 19:00-a olan məlumata əsasən, Balakən, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Göygöl, Qusar, Lənkəranda şimşək çaxıb, arabir yağış yağıb. Arabir güclənən şimal-qərb küləyi əsib.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Naftalan, Göyçayda 20 m/s, Goranboyda 19 m/s, Lerikdə 17 m/s-dək güclənib.
Saat 16:30 radələrində Tovuz rayonunun Əlibəyli, Hacalı, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Qazqulu, Hunanlar kəndlərinə diametri 8-10 mm, saat 17:55-18:00 radələrində Şahdağa 5 mm, Göygöl rayonuna isə saat 18:34-18:47 radələrində 1.9 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 25, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti olub.
**10:31

Mayın 12-si saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, arabir güclənən şimal-qərb küləyi əsib.
Düşən yağıntının miqdarı Zaqatalada 9 mm, Tovuz, Balakəndə 6 mm, Şəmkirdə 5 mm, Şahbuzda 4 mm, Qax, Gəncə, Şəki, Ceyrançöl, Sədərək, Gədəbəy, Naxçıvan, Şahdağ, Göygöl, İsmayıllı, Tərtər, Kürdəmir, Yevlax, Ağdam, Culfa, Ordubad, Şərurda 3 mm-dək olub.
Mayın 11-i Daşkəsən rayonuna saat 14:45-14:47 radələrində daimetri 8 mm, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar ərazisinə saat 15:00-15:18 radələrində 17 mm, Gədəbəy rayonuna isə saat 14:10-14:18 radələrində 9 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s, Mingəçevirdə 25 m/s, Tərtər, Goranboyda 23 m/s, Naftalanda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Gəncədə 18 m/s-dək güclənib.
Göygöl, Şamaxı, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Yevlax, Göyçayda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, Naxçıvan MR-da 20-26, Aran rayonlarında 22-27, dağlıq rayonlarda isə 15-19 dərəcə isti olub.