Sülhməramlıların Azərbaycanı tərk etməsi prosesi yaxın vaxtlarda yekunlaşacaq - ANAR EYVAZOV

Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi prosesi hazırda da davam etdirilir və yaxın vaxtlarda yekunlaşacaq.


Senzor.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov Xocalı rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının yola salınma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb:


"Azərbaycan və Rusiyanın ali rəhbərliyinin əldə etdiyi razılığa əsasən, sülhməramlı kontingentin vaxtından əvvəl fəaliyyətini dayandırmasına qərar verilib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlayan 44 günlük müharibə uğurlu başa çatıb. Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanan üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti fəaliyyətə başlamışdı".


MN rəsmisi qeyd edib ki, 2023-ci ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq missiyanın fəaliyyətinə böyük ehtiyac qalmayıb.


"Qərar veriləndən dərhal sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə uyğun olaraq, sülhməramlı kontingentin silah və texnikası, şəxsi heyəti və ləvazimatlarının Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilib",- A.Eyvazov əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.