Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib.
Bu barədə Senzor.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
**10:27
Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Senzor.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.
"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə məlumatda vurğulanıb.