Sabah bu ərazilərdə qaz olmayacaq

Binəqədi, Suraxanı, Sabunçu və Xəzər rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 21.05.2024-cü il tarixdə saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.

 

Senzor.az bildirir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

 

Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə DSK yolu, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonu üzrə MİDA yaşayış kompleksinin, Xəzər rayonu üzrə Kənd Buzovna adlanan ərazinin və Buzovna qəsəbəsinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsi, Subtropik Sovxozu adlanan ərazinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Mayın 21-dən 23-nə qədər isə Şəmkir şəhərində və rayonun bəzi kəndlərində qaz olmayacaq. Belə ki, bəzi texniki səbəblərdən 21-may, saat 9:00-dan mayın 23-nə dək Şəmkir AQPS-dən qidalanan Şəmkir şəhəri, Dəllər qəsəbəsi, Dəllər Cəyir, Dəllər Daşbulaq və Dəllər Cırdaxan kəndlərində qaz təchizatında fasilə yaranacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.