Zaqatalaya dolu düşüb, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gecə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

 

Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 21-i saat 9:00-a olan məlumatında belə deyilir.

 

Qeyd olunur ki, düşən yağıntının miqdarı Zaqatalada 26 mm, Şamaxıda 15 mm, Altıağacda 7 mm, Astara, Qəbələ, Balakən, Sabirabad, Lerik, Biləsuvar, Qax, Ordubad, Gədəbəy, İsmayıllı, Quba, Qusar, Xaltan, Qobustan, İmişli, Lənkəranda 4 mm-dək olub.

 

Mayın 20-də saat 22:58-23:20 radələrində Zaqatala rayonuna diametri 11 mm olan dolu düşüb. Gəncə, Şəmkir, Qrız, Biləsuvar, Şahdağ, Lerikdə duman müşahidə olunub.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 10-15, Aran rayonlarında 12, dağlıq rayonlarda 5-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.