Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Senzor.az bildirir ki, bu mərhələdə Laçın rayonunun Sus kəndinə 39 ailə, 140 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Laçın rayonunun Sus kəndində 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.