Bəzi rayonlara leysan yağıb, Naxçıvana dolu düşüb

Ötən gün və gecə ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağıntılı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

 

Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 9:00-a olan məlumatda belə deyilir.

 

Şimal-şərq küləyi arabir Gəncədə 28-30 m/s, Göygöldə 24-28 m/s, Tovuzda 24 m/s, Goranboyda 23 m/s, Culfada 22 m/s, Neftçala, Ağstafa, Şəki, Şəmkir, Naftalan, Daşkəsəndə 20 m/s-dək güclənib.

 

Düşən yağıntının miqdarı Lerikdə 7 mm, Tovuz, Qusarda 4 mm, Bərdə, Ağstafa, Ceyrançöl, İsmayıllı, Yardımlı, Şəki, Ağdam, Şahbuz, Qrız, Şabran, Ağsu, Göyçay, Şahdağ, Tərtər, Yevlax, Zərdab, İmişli, Sabirabad, Yardımlı, Biləsuvar, Astara, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Qobustan, Ordubad, Culfa, Gədəbəy, Şəmkir, Gəncədə 3 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

 

Mayın 25-i saat 16:10-16:15 radələrində Naxçıvana diametri 6 mm olan, saat 16:40-16:45 radələrində isə Şahbuza 2 mm olan dolu düşüb.

 

Sumqayıt, Daşkəsən, Qax, Balakən, Gədəbəy, Qusar, Göyçay, Lerik, Qrız, Şahdağda duman müşahidə olunub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Naxçıvan MR-da 21-26, Aran rayonlarında 20-25, dağlıq rayonlarda 13-18 dərəcə isti olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.