Bakıda və Abşeron yarımadasında havada tozun konsentrasiyası daha da artıb – YENİLƏNİB

Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasında bir qədər də artım müşahidə olunub.

 

Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Belə ki, saat 19 radələrinədək havada tozun miqdarı normadan 1,5-1,7 dəfə artıq müəyyən edilmişdisə, saat 22 radələrində havada tozun miqdarının normadan 3-3,5 dəfə yüksək olması qeydə alınıb.

 

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, bu saatlarda tozlu hava şəraiti davam etməkdədir.

 

“Sabah, mayın 27-də sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb küləyinin əsəcəyi və yağış yağacağı proqnozlaşdırıldığından gün ərzində havada tozun miqdarının tədricən norma həddinə düşəcəyi gözlənilir. Qeyd edək ki, bu gün havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar olaraq transsərhəd xarakterlidir”, – o vurğulayıb.

 

**20:08


Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyası normadan 1,5-1,7 dəfə artıqdır.

 

Senzor.az bildirir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.

 

Onun sözlərinə görə, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.

 

“Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir”, – baş mühəndis vurğulayıb.

 

Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1,3 dəfə artıq olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.