Avtomobili narkotikin təsiri altında idarə edən sürücü inzibati qaydada həbs edilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Senzor.az-a verilən məlumata görə, Elməddin Əbilov idarə etdiyi FIAT markalı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
E.Əbilovun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi müəyyən edilib. Bundan əlavə, həmin şəxsin spirtli içki və narkotik vasitədən istifadə etdiyi müəyyən olunub. Toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Əbilov 15 gün müddətində inzibati qaydada həbs edilib.