Paytaxtın Sabunçu, Suraxanı, Xətai və Xəzər rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 31.05.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatı dayandırılacaq.
Senzor.az bildirir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunub ki, təmir-bərpa işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin (bir hissəsi), Suraxanı rayonu üzrə Yeni Suraxanı qəsəbəsinin (tam olaraq) və Əmircan qəsəbəsinin Həmid Axundlu ilə Vaqif küçələrinin, Xətai rayonu üzrə Xudu Məmmədov, Cavanşir, Məhəmməd Hadi küçələrinin, Xəzər rayonu üzrə isə Müslüm Maqomayev, Firdovsi küçələrinin və “Bolluq” yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.