Laçın şəhərinə növbəti köç karvanı yola düşüb.
Senzor.az bildirir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 68 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 513 ailənin, yəni 1 906 nəfərin daimi məskunlaşması təmin edilib.