Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.
Bu barədə Senzor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
İyunun 3-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.