Şəmkir rayonunda toyda bıçaq xəsarəti alanın kimliyi məlum olub.
Mübahisə zəminində bıçaq xəsarəti alan 1968-ci il təvəllüdlü M.Zeynalovdur.
Onun vəziyyəti kafi qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun qəsəbəsinin sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici-deşici alətlə çiyin nahiyəsinin daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.
Araşdırmalarla M.Zeynalova toy mərasimində həmkəndlisi, 2005-ci il təvəllüdlü Qafar Abbasovun xəsarət yetirməsi məlum olub. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.
**23:58 (02.06.2024)
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” bildirir ki, hadisə rayonda keçirilən toy mərasimlərindən birində qeydə alınıb.
Belə ki, toyda iştirak edənlərin mübahisəsi davaya səbəb olub. Bu zaman qonaqlardan birinə bıçaqla xəsarət yetirilib. Yaralı xəstəxanaya çatdırılıb.
Onun kimliyi və mübahisənin səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.