Ağcabədidə qadın linglə öldürülüb - QARDAŞI TUTULDU

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Senzor.az-a Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib.

 

Qeyd olunub ki, araşdırmalarla 1991-ci il təvəllüdlü Sadiq Kərimovun aralarında yaranmış mübahisə zamanı dəmir linglə xəsarətlər yetirərək bacısı Səbinə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Sadiq Kərimov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

 

**08:42

 

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki evlərin birində 1993-cü il təvəllüdlü Səbinə Əli qızı Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan Senzor.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı, 1991-ci il təvəllüdlü Sadiq Əli oğu Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.