Zaqatala və Qaxda qeyri-sabit havaya görə elektrik enerjisi kəsilib - MAGİSTRAL YOL AÇILDI
YENİLƏNİB

Qaxda ötən gün bağlanan magistral yol açılıb.

 

"Report"un məlumatına görə, dünən axşam saatlarında əsən güclü külək nəticəsində Yevlax-Zaqatala-Gürcüstan Sərhədi magistral yolunun rayonun Tasmalı kəndindən keçən hissəsində iri gövdəli ağaclarin aşması nəticəsində bağlanan magistral yolda hərəkət bərpa edilib.

 

Hazırda ağacların doğranılaraq ərazidən götürülməsi işləri görülür.

 

**23:29 (07.06.2024)


Qeyri-sabit hava şəraiti Zaqatala və Qax rayonlarını işıqsız qoyub.

 

"Report"un məlumatına görə, hadisəyə axşam saatlarından başlayaraq davam edən yağışlı və küləkli hava səbəb olub.

 

Güclü külək nəticəsində iri gövdəli ağaclar Zaqatala rayonu ərazisində 110 kilovoltluq birinci və ikinci xətlərin üzərinə aşıb. Nəticədə Zaqatala və Qax rayonlarında tam olaraq elektrik enerjisinin verilişi dayandırılıb.

 

"Azərişıq" ASC-nin Şimal-Qərb Regional İdarəsindən sayta bildirilib ki, regionda yerləşən şəbəkələrin əməkdaşları hadisə baş verən əraziyə yollanıblar. Elektrik enerjisinin bərpası istiqamətində təxirəsalınmaz işlər görülür.

 

Bu arada Qaxda aşan iri gövdəli ağaclara görə  magistral yol da  bağlanıb. Belə ki, axşam saatlarında əsən güclü külək nəticəsində Yevlax-Zaqatala-Gürcüstan Sərhədi magistral yolunun rayonun Tasmalı kəndindən keçən hissəsində iri gövdəli ağaclar magistral yola aşıb.

 

Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

 

Hazırda yolun açılması istiqamətində də işlər aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.