Lənkəran sakinləri 20 kq narkotiklə yaxalandılar - FOTO

Polis əməkdaşları İran vətəndaşından 20 kiloqram narkotik əldə etməkdə şübhəli bilinən Lənkəran sakinlərini saxlayıblar.

 

Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri Aqil Vəliyev və Anar Vəlizadə sonuncunun idarə etdiyi "Opel" markalı avtomobildə saxlanılıblar.

 

Həmin nəqliyyat vasitəsindən 20 kiloqram tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin narkotik vasitəni saxlanılan şəxslərdən Aqil Vəliyevin şəxsiyyəti istintaqla araşdırılan "Hafis" adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.