Naxçıvanın maliyyə nazirinə müavin təyin edilib

Naxçıvan Muxtar Respubilkasının maliyyə nazirinə müavin təyin edilib.


Yerli KİV xəbər verir ki, Muxtar Respublikanın Ali Məclisinin sədr müavini Anar İbrahimov iyunun 7-də Elvin Əlimərdanovun maliyyə nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.


Qeyd edək ki, Elvin Yusif oğlu Əlimərdanov əmək fəaliyyətinə 2013-cü ildə Kəngərli rayon İcra Hakimiyyətində başlayıb, daha sonra Kəngərli rayon Vergilər Şöbəsində, Naxçıvanqaz İstehsalat Birliyində və Naxçıvan Şəhər İcra Hakimiyyətində maliyyə sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. Həmçinin, eyni illərdə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində maliyyə istiqaməti üzrə pedaqoji fəaliyyətlə məşğul olub. 21 yanvar 2022-ci il tarixində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin İqtisadiyyat departamentinin müdiri vəzifəsinə, həmin ilin 11 fevralında isə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin müdir müavini vəzifəsinə təyin edilib.


Elvin Əlimərdanov maliyyə sahəsi üzrə bir sıra yerli və beynəlxalq sertifikatlara malikdir və “Mühasibat uçotu” adlı dərs vəsaitinin müəllifidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.