Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, keçmiş məhkum - 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu iyunun 24-də polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib. R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.