Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Senzor.az bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” hərbi rütbəsi
general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə
“general-mayor” hərbi rütbəsi
polkovnik Həsən Əli oğlu Əlövsədova
polkovnik Vilayət Bərxuda oğlu Quluyevə.
Qeyd edək ki, general N.İslamzadə bu yaxınlarda Hərbi Hava Qüvvələrinin Komandanı təyin edilib.