İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kamil oğlu Kosayevin odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Senzor.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Araşdırma aparılır.
...Bu arada baş verən hadisənin təfərrüatları məlum olub.
Trend-in məlumatına görə, hadisə qız üstündə baş verib. Məlum olub ki, hər iki gənc bir qızı sevirmiş.
Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya da mən", - deyərək 24 yaşlı Tural Kosayevi "Metro Park"ın yaxınlığında küçənin ortasında güllələyib.