Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq toz müşahidə olunur.
Senzor.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova jurnalistlərə bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1.2- 1.4 dəfə artıqdır.
Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.