3 rayonda qaz təchizatı dayandırıldı

Sabirabad, Hacıqabul və Ağsu rayonlarının qaz təchizatında məhdudiyyət yaranıb.

 

Senzor.az bildirir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Qeyd olunub ki, yeni çəkilmiş yüksək təzyiqli qol kəmərinin “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt" yüksək təzyiqli magistral qaz kəmərinə birləşdirilməsi ilə bağlı iyulun 8-də saat 08:00-dan etibarən “Qarasu əhali” ölçü qovşağından qaz təchizatı dayandırılıb.

 

Təmir müddətində Sabirabad rayonunun bir hissəsinin (16 kənd və 35 qeyri-yaşayış sahəsi), Hacıqabul rayonunun bir hissəsinin (10 kənd, 2 qəsəbə və 28 qeyri-yaşayış sahəsi) və Ağsu rayonu üzrə Padarqışlaq kəndinin qaz təchizatında məhdudiyyət  yaranıb.

 

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.