Növbəti tədris ilində məktəbəhazırlıq qruplarına qəbul üçün 112 minə yaxın yer ayrılıb
YENİLƏNİB

Növbəti tədris ilində məktəbəhazırlıq qruplarına qəbul üçün 112 minə yaxın yer ayrılıb. İyulun 11-i saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata başlanılır.


Senzor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov iyulun 9-da keçirilən brifinqdə deyib. O bildirib ki, qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi üzərindən həyata keçiriləcək: “Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-sı saat 11:00-da, digər dillərdə tədris aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 18-i saat 11:00-da aktiv ediləcək. Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək. Belə ki, Azərbaycan bölməsi üzrə iyulun 16-dan 30-dək Bakı və Gəncə şəhərində yerləşən 45, rus bölməsi üzrə isə iyulun 18-dən avqustun 1-dək Bakı və Gəncə şəhərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq ediləcək. Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək”.


Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı olan uşaqlar (2019-cü il təvəllüdlü) qəbul edilirlər. Əsas məqsəd beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbəhazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

**

İyunun 12-dən etibarən ölkə üzrə rus bölməsində məktəb və müəllim seçimi aparılır və bu müddətdə Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərində yerləşən 136 ümumi təhsil müəssisəsində üstünlük hüququ tətbiq edilib.


Senzor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov iyulun 9-da keçirilən brifinqdə deyib. O bildirib ki, iyulun 12-si saat 11:00-da həmin müəssisələrdə sərbəst (prioritetsiz) qaydada məktəb və müəllim seçimi aktiv ediləcək: “İyulun 12-dək valideynlərin mektebeqebul.edu.az saytında olan şəxsi kabinetlərində qeyd etdikləri əlaqə nömrəsinə SMS də göndəriləcək.


Məktəb və müəllim seçimi sentyabrın 13-dək davam edəcək. Qeyd edək ki, müsahibədə uğur qazanan uşaqların 90 faizindən çoxu məktəb və müəllim seçimi edib”.

**

Cəmiyyət üçün keyfiyyətli, faydalı şəxsin formalaşmasının təməli məhz məktəbəqədər təhsil müəssisəsindən başlayır. Elə bu məqsədlə də erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması əsas hədəfimizdir.


Senzor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov iyulun 9-da keçirilən brifinqdə deyib. O bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin olmadığı ərazilərdə bağça yaşlı uşaqlar üçün icma əsaslı qruplar yaradılır: “Bu il 20 min uşağın icma əsaslı qruplara cəlb edilməsi gözlənilir. Müvafiq qrant proqramına əsasən dövlət-özəl əməkdaşlığının 1500 uşağı əhatə etməsi nəzərdə tutulur. Ümumilikdə, 16 alternativ layihə bu il 500-dən çox uşağı əhatə edib”.

**

Bağça müdiri və tərbiyəçi-müəllimlərdən ibarət 6000 nəfərə təlimlər keçirilib. Məqsəd məktəbəqədər təhsil sistemində çalışan pedoqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, onların peşəkar inkişafının təmin edilməsidir.


Senzor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, cari ildə 3500 nəfər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub:


Agentliyin əsas məqsədlərindən biri məktəbəqədər təhsil sistemində çalışan pedoqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, onların peşəkar inkişafının təmin edilməsidir. İndiyədək bağça müdiri və tərbiyəçi-müəllimlərdən ibarət 6000 nəfərə təlimlər keçirilib. Təkcə bu il ərzində 3500 nəfər üçün Təhsil İnstitutu tərəfindən təlimlərin təşkil edilməsi nəzərdə tutulub”.

**

2023-cü ildən başlayaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə 2 dəfə imtahan keçirilib.


Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov iyulun 9-da keçirilən brifinqdə deyib. O bildirib ki, bu il məktəbəqədər təhsil müəssisəsinin müdiri vakansiyası üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil edilib: “Test imtahanı mərhələsindən uğurla keçən 177 nəfər müsahibəyə dəvət edilib. Son iki ildə isə 600-ə yaxın tərbiyəçi-müəllim mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olunub. Onlardan 296 nəfəri məhz Agentliyin fəaliyyəti dövründə işə qəbul edilib”.

**

Bu ilin sonunadək məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək.


Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov iyulun 9-da keçirilən brifinqdə deyib. O bildirib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı çərçivə sənədi hazırdır:


“Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsinə hazırlıq və onların təlim ehtiyaclarını aydınlaşdırmaq məqsədilə çərçivə sənədi hazırlanıb. Bakı və regionlar üzrə 3000-ə yaxın bağça müdiri, tərbiyəçi-müəllim, metodistlə görüşülüb və diaqnostik qiymətləndirmə ilə bağlı ilə çərçivə sənədi müzakirə olunub. Bu ayın sonunadək iki sınaq imtahanı keçiriləcək. Təhsil İnstitutu tərəfindən çərçivə sənədi ilə bağlı vebinarlar təşkil ediləcək. Diaqnostik qiymətləndirilmə ilin sonunadək keçiriləcək”.

**

Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində prioritet olan kateqoriyalar açıqlanıb.


Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bildirib. Onun sözlərində görə,


- Şəhid ailələrinin övladları;


- Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;


- Tək işləyən valideynlərin uşaqları;


- Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;


- Hərbi xidmətdə olan valideynlərin uşaqları;


- Təhsil alan anaların uşaqları;


- Çoxuşaqlı ailələrdən olan uşaqlar;


- Qəyyumluqda olan uşaqlar prioritet kateqoriyalara aid şəxslərdir.

**12:15

Bağçalara ərizələrin onlayn qeydiyyatına 16 iyul 2024-cü ildə start veriləcək.


Senzor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.


O bildirib ki, uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən başlayacaq:


“Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. 16 may 2024-cü il tarixindən etibarən elektron sistem üzrə növbələrin yaradılması müvəqqəti olaraq məhdudlaşdırılıb. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.