Yerlərdə seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqə seçki komissiyalarında vəziyyətlə maraqlanmışıq. Komissiyaların binaları hər cür lazımi şəraitlə təmin olunmalıdır.
Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev növbədənkənar parlament seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün iyulun 10-da MSK-da keçirilən müşavirədə deyib.
Prezidentin köməkçisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əvvəlcə 26 seçki məntəqəsi olduğu halda, indi daha 8 seçki məntəqəsi yaradılıb.
PA rəsmisi seçki komissiyalarının rəhbərlərinə tövsiyə edib ki, hər hansı mənfi hallar aşkarlandığı halda müvafiq ünvanlara müraciət etsinlər.
“Ölkəmizdə 125 seçki dairəsi üzrə seçicilərin sayı xeyli artıb. Avqustun 9-dək seçki dairələri üzrə açıq və qapalı yerlərin müəyyənləşdirilməsi başa çatdırılacaq.
Z.Nagdəliyev, həmçinin deyib ki, seçkilərədək siyahını dürüstləşdirmək vacibdir.
**11:48
Azərbaycanda dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları üçün yaradılan şərait yüksək səviyyədədir.
Senzor.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
MSK sədri əlavə edib ki, belə bir şəraitdə Seçki Məcəlləsinin tələblərini pozanlar olarsa, cəzalandırılacaq.
**11:25
Azərbaycan yeganə ölkədir ki, seçkilərdə media subyektləri heç bir qurumdan icazə almırlar və onlar seçkilərin işıqlandırılması prosesinə sərbəst şəkildə qoşulurlar.
Senzor.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə söyləyib.
MSK sədri bildirib ki, parlament seçkilərinin keçirilməsi üçün ölkəmizdə 125 seçki dairəsi üzrə 6400-dən artıq seçki məntəqəsində şərait yaradılır.
O qeyd edib ki, ötən prezident seçkilərində işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılmışdı.
"Parlament seçkilərində isə seçki məntəqələrinin sayı artacaq və seçkilər daha geniş tərkibdə keçiriləcək", - deyə M. Pənahov vurğulayıb.
**11:23
2024-cü il sentyabr ayının 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir.
Senzor.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov parlament seçkilərinin əhəmiyyətindən danışıb.
O qeyd edib ki, bundan öncə prezident seçkiləri suveren Azərbaycanın bütün ərazilərində keçirildiyindən Zəfər seçkisi adlandırılmışdı.
"Parlament seçkiləri də Azərbaycanın bütün ərazilərində keçiriləcək və olduqca vacib prosesdir", - sədr qeyd edib.