Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edildi

İyulun 13-15-də bölgələrdə gözlənilən fasilələrlə küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

 

Senzor.az bildirir ki, bu barədə Xidmət məlumat yayıb.

 

Qeyd olunub ki, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Babək, Şahbuz, Kəngərli, Samux, Şəmkir, Ağstafa, Tovuz, Daşkəsən, Göygöl, Zaqatala, Qax, Şəki, Balakən, Zərdab, İmişli, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Yevlax, Bərdə, Tərtər, Ağdam, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Cəlilabad, Lerik, Yardımlıda şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

 

Narıncı xəbərdarlığa əsasən isə Ordubad, Culfa, Goranboy, Gəncə, Mingəçevir rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.