Ağsu Qoruğunda Mədəni irs düşərgəsi təşkil olunub - FOTO

İyulun 10-da “Orta Əsr Ağsu Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunda Qoruğun, Elitar Hazırlıq Mərkəzinin və Ağsu rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə gənclər üçün Mədəni irs düşərgəsi təşkil olunub. 

 

Senzor.az bildirir ki, düşərgənin iştirakçıları Elitar Hazırlıq Mərkəzinin Ağsu və Şamaxı filialının tələbələri olub. 

 

Elitar Hazırlıq Mərkəzinin Ağsu filialının direktoru Tehran Dadaşov, Şamaxı filialının direktoru Gülnaz Həbibova, mərkəzin müəllim kollektivi, Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə, Mərkəzin əməkdaşları düşərgədə iştirak ediblər.  

Düşərgə iştirakçıları əvvəlcə Ağsu Qoruğunun abidələri üzrə ekskursiyada olublar. Qoruğun bələdçisi Xoşqədəm Əkbərova düşərgə iştirakçılarına Sənətkarlıq Məhəlləsi, Buzxana kompleksi, Cümə məscidi haqqında geniş məlumat verib və onları “Orta əsr şəhərlərinin baş meydanları sərgisi” nin (Qoruğun 2023-cü il tədqiqatları əsasında) eksponatları ilə əyani tanış edib. 

 

Ekskursiyadan sonra düşərgə iştirakçıları MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İMAGE Yaradcılıq Şirkətinin birlikdə ərsəyə gətirdiyi “Orta Əsr Ağsu Şəhərinin 3D Təqdimatı” adlı filmi izləyiblər. Filmdə orta əsr Ağsu şəhərinin 3 D formatında modeli təqdim edilib.  

Düşərgə iştirakçıları üçün “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil olunub. İştirakçılar Ağsu Qoruğu haqqında geniş təqdimat ediblər. Münsiflər heyətində Ağsu Qoruğunun direktoru Şölə Bayramova, Elitar Hazırlıq Mərkəzinin Şamaxı filialının direktoru Gülnaz Həbibova və Mərkəzin Ağsu filialının direktor müavini Aynur Əliyevanın olduğu müsabiqədə ən yaxşı təqdimat edən tələbələr-Tunar Məmmədzadə, Mədinə Qəzənfərova, Fidan Kərimli, Zəhra Mustafazadə, Zamiq Məmmədli, Zəhra Məcidova diplomla, digər iştirakçılar isə sertifikatla təltif olunublar.  

Sonrakı mərhələdə düşərgə iştirakçıları Ağsu Qoruğunun baş fond mühafizi, heykəltəraş Vüqar Quliyevin “heykəltəraşlıq” üzrə ustad dərsinə qoşulublar. Dərsdə Qarabağ, eləcə də digər bölgələrimizdə olan abidələrin heykəlciklərinin düzəldilmə mexanizmi öyrədilib. Dərs iştirakçıları tərəfindən heykəllər hazırlanıb.  

Ardınca iştirakçılar iki komandadan ibarət olmaqla Qoruq ərazisindəki sahədə mini-voleybol yarışında işitirak ediblər. 

 

Sonda iştirakçılar Ağsu rayon Heydər Əliyev Mərkəzi tərəfindən tərtib olunan “Milli guşə” ilə tanış olublar. Guşədə milli-mənəvi dəyərlərimizi və milli adətlərimizi əks etdirən eksponatlar- milli xalçalarimiz, palazlar, səhənglər, cəhrə, dəyirman daşı, mis qablar, məşrəf, sandıq, heybə və s. sərgilənib.  


Daha sonra düşərgə iştirakçıları Qoruq ərazisində asudə vaxt keçirib, at çapıblar.  

Yekunda iştirakçılarla xatirə şəkli çəkdirilib.

 

Senzor.az

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.