Ağdaşda 2003-cü il təvəllüdlü Kənan Zülfüqarov münaqişə zəminində atası, 1976-cı il təvəllüdlü Aqil Zülfüqarovu bıçaqlayıb.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, kəsici alətlə atasına xəsarət yetirən şəxs saxlanılıb, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır.