Tanınmış vəkillər arasında qalmaqal

Tanınmış vəkil Ceyun Yusifov həmkarı Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovu məhkəməyə verib.

 

“Qafqazinfo”nun məlumatına görə, xüsusi ittiham qaydasında verilmiş şikayətə Nərimanov Rayon Məhkəməsində baxılır.

 

Xüsusi ittihamçı Yusifov iddia edir ki, Adəm Məmmədov onu ağır cinayətdə ittiham edir.

 

Söhbət Adəm Məmmədovun qardaşı ilə birgə rəhbərlik etdiyi saytda dərc olunan xəbərdən gedir.

 

Sonradan həmin xəbər bir neçə saytda və sosial şəbəkələrdə yayılıb.

 

Məlumat üçün deyək ki, iddia C.Yusifovun yaxın qohumuna xəsarət yetirməsi xəbəri ilə bağlı qaldırılıb.

 

Qarşı tərəf isə həmin məlumatın yalan olduğunu deyir.

 

Vəkil Yusifov hesab edir ki, peşəkar fəaliyyətinə qara yaxmaq üçün ona böhtan atılır.

 

Ceyhun Yusifov Adəm Məmmədovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə cəzalandırılmasını tələb edir.

 

Bu maddələrin sanksiyasında 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Bu gün keçirilən ilk iclasda məhkəmə işi araşdırmaq qərarı qəbul edib. Şikayət icraata qəbul edilib. Baxış iclası iyulun 25-nə təyin edilib.

 

Qeyd edək ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə, yalnız barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda vəkilin vəkillik fəaliyyətinə xitam verilir.

**

Məsələ ilə bağlı vəkil Adəm Məmmədov “Qafqazinfo”ya bildirib ki, cinayət işində fakt necədirsə, saytda da məlumat o formada təqdim olunub: “Ceyhun Yusifov və vəkilləri cinayət işi başlanması ilə bağlı məsələdən yayınırlar. Konkret olaraq, bununla bağlı münasibət bildirmirlər. Sonda araşdırma olacaq və ictimaiyyətə məlum olacaq ki, bu real faktdır, müstəntiqin qərarıdır.

 

Burada şər-böhtandan söhbət gedə bilməz. Ceyhun Yusifovun məsələnin mahiyyətini açıqlamaması onu göstərir ki, o məsələdən yayınmaq istəyir” , - A.Məmmədov qeyd edib.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.