Parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib, dördü qeydə alınıb

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib.


Senzor.az bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.


O qeyd edib ki, partiyaların 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib. 532 nəfərin isə namizədliyinin irəli sürülməsi təsdiqlənib.


"451 nəfər imza vərəqləri alıb. 31 nəfər isə imza vərəqlərini qaytarıb. 4 nəfərin namizədliyi qeydə alınıb", - deyə sədr vurğulayıb.

**

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.


Bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qəbul edilib.


MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Gələcək Azərbaycan, Müsavat, Azad Vətən, Vəhdət və Ədalət partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb.


Bununla bağlı qərar səsverməyə qoyularaq qəbul olunub.


Beləliklə, MSK-da ümumilikdə 24 siyasi partiyadan 585 səlahiyyətli nümayəndə qeydə alınıb.

**

Parlament seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə bildirişlərin forması, sayı və hazırlanmasına aid tələblər təsdiq edilib.


Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.


MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçicilərin məlumatlandırılması vacib məsələ hesab edilir: “Buna görə MSK 6 milyon 300 mindən çox seçicinin hər birinə müvafiq bildirişlərin çatdırılması üçün vacib addımlar atacaq. Hər hansı seçici bu bildirişi almasa, qaynar xəttə müraciət edə bilər. Bildirişlər mətbəə üsulu ilə müxtəlif rənglərdə hazırlanır və üzərində səsvermə haqqında bütün vacib məlumatlar müfəssəl şəkildə izah edilir”.


R.Qasımovun sözlərinə görə, ötən prezident seçkilərində işğaldan azad edilən ərazilərdəki seçicilər üçün fərqli bildirişlər hazırlanmışdı: “Bu dəfə də həmin ərazidə səs verəcək seçicilər üçün fərqli forma və rəngdə bildirişlər hazırlanacaq”.


Bildirilib ki, MSK tərəfindən 6 milyon 516 min 567 bildiriş çap ediləcək.


Qeyd edək ki, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”na əsasən, proses səsvermə gününə azı 40 gün qalanadək yekunlaşdırılmalıdır. MSK-nın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında “Təqvim planı”na görə, bu tarix 2024-cü il iyulun 23-dək müəyyən edilib.


2024-cü il iyunun 28-nə olan nəticələrə görə, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 vətəndaş var.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.