Gəncədə tunelə dolan su çəkilib, avtomobillərin hərəkəti təmin edilib
YENİLƏNİB, FOTO/VİDEO


İntensiv yağan yağışlarla əlaqədar Gəncə şəhərinin Nizami küçəsində yerləşən tunelin subasmaya məruz qalması və avtomobillərin yolda hərəkəti üçün çətinlik yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə FHN-in  Mətbuat Xidməti məlumat yayıb.

 

Məlumat əsasında əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış tuneldən suyun çəkilərək kənarlaşdırılması və avtomobillərin sərbəst hərəkəti təmin edilib.

 


**10:43


Bakı-Gəncə magistralında Nizami Gəncəvi məqbərəsinin yanındakı körpünün altına sel suları yığıldığından sürücülər alternativ yoldan istifadə edirlər.

 

APA-nın məlumatına görə, alternativ yol kimi istifadə olunan üst yolda isə torpaq sürüşməsi baş verib və asfalt qatının bir hissəsi çöküb.

 

Yolun altından keçən suötürücüdən həddən artıq su keçməsi nəticəsində boru ilə asfalt qatı arasındakı torpaq yuyularaq aşınıb.

 

Qeyd edək ki, qərb bölgəsində yağışlı hava davam edir.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.