Sel Qubada 20 illik körpünü uçurdu - 6 KƏNDLƏ ƏLAQƏ KƏSİLİB
FOTO

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Xınalıq avtomobil yolunun 42-ci kilometrində Əlikçayın üzərində yerləşən və 20 ildən çox tarixə malik avtomobil körpüsünün uçmasına səbəb olub. Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

 

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

 

Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

 

Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilərlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.