Növbədənkənar parlament seçkilərində 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
YENİLƏNİB

Növbədənkənar parlament seçkilərində 481 nəfərin namizədliyi qeydə alınıb.


Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.


O qeyd edib ki, ümumilikdə, 1489 nəfər namizədlik üçün müraciət edib.


“459 nəfər 25 siyasi partiyadan irəli sürülüb. 1029 nəfər fərdi müraciət edib. Bitərəf namizədlər 958 nəfərdir, 531 nəfərin partiya mənsubiyyəti var. 802 nəfər imza vərəqələrini təhvil verib”, - o deyib.

**

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqdar 23 ölkə və beş qurumdan ümumilikdə 94 nəfər müşahidəçi qeydə alınıb.


Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.


MSK sədri bildirib ki, seçkilərlə əlaqədar ümumilikdə 4 622 müşahidəçi qeydiyyatdan keçib.

**16:38

Seçkilərdə iştirak edən namizədlərə ödənişli əsaslarla təşviqat üçün MSK-ya 54 media subyekti müraciət edib.


Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.


O qeyd edib ki, bütün namizədlərə bərabər şəraitin yaradılması üçün addımlar atıb:

“Bu gün məlumatları MSK-nın internet səhifəsində yerləşdirəcək”.

**

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahıları məlumat lövhələrində yerləşdirilib.


Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.


Qeyd edək ki, Seçki Məcəlləsinə görə, hər iki proses səsvermə gününə azı 35 gün qalanadək başa çatdırılmalı idi və buna görə də bu tarix iyulun 28-dək kimi müəyyən olunub.

**

Yaxın qohumları deputatlığa namizəd olan Dairə Seçki Komissiyaları (DSK) üzvlərinin fəaliyyətinə müvəqqəti xitam verilib.


Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.


MSK katibinin təqdimatına əsasən, 69 saylı Biləsuvar dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Ədalətli Zaur və 96 saylı Goranboy-Naftalan dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Səyavuş Quliyevin fəaliyyətinə xitam verilib.


Onların əvəzinə müvəqqəti komissiya üzvləri təyin edilib.


Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsləri, namizədlərin, qeydə alınmış namizədlərin, eləcə də namizədləri irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, müşahidəçilər, seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri, namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan şəxslər, yuxarıda göstərilən şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr), seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş və ya əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər.

**16:26

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasına (MSK) təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib.


Senzor.az xəbər verir ki, MSK-nın avqustun 1-də keçirilən iclasında Komissiyanın katibi Arifə Muxtarova məsələ barədə məlumat verib.


Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.