Şirvanda ana və azyaşlı qızının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub
YENİLƏNİB

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

 

“Report” xəbər verir ki, Sabirabad rayonundan olan 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı qızı Şirvana baldızıgilin evinə qonaq gəlib.

 

Hadisə baş verən zaman baldızı və ailəsi evdə olub.

 

Həmçinin bildirilir ki, Aygün Kərimovanın həyat yoldaşı hərbçidir və hazırda Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edir.

 

Hadisə nəticəsində həyatını itirən azyaşlı qızın isə iflic xəstəsi olduğu deyilir. Ailə azyaşlın müalicəsi ilə əlaqədar Şirvan şəhərinə tez-tez gedib-gəlirmiş.

 

Hazırda faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

**11:02


Şirvanda ana və 5 yaşlı qızı binadan yıxılaraq ölüblər.

 

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Energetik küçəsi 3 ünvanındakı beşmərtəbəli binada baş verib.

 

Səhər saatlarında həmin binanın qarşısından A.Kərimova və 5 yaşlı qızının meyiti tapılıb.

 

İlkin məlumata görə, ana və qızı binadan yıxılaraq vəfat ediblər. Belə ki, onların 5-ci mərtəbədəki evə qonaq gəldikləri və oradan yıxıldıqları ehtimal edilir.

 

Onların meyiti morqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.