2022-ci ilin martın 3-də Laçın rayonunun dağlıq ərazisində sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb.
Senzor.az bildirir ki, Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında aşkar edilən meyit qalıqları Abdullayev Firdovsi Mayis oğlu və Məmmədov Fərid Əjdər oğluna məxsusdur.
Qeyd olunub ki, hərbçi Abdullayev Firdovsi Mayis oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək.
Xatırladaq ki, 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşmüşdülər.