Avqustun 9-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Senzor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27°, gündüz 33-38°, dağlarda gecə 12-16°, gündüz 18-23° isti olacaq.