Polis və penitensiar xidmət əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə məhbus ailələrinə zəng vuraraq pul tələb edən şəxs müəyyən olunub.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, 1991-ci il təvəllüdlü N.Əhmədov polis tərəfindən saxlanılıb. Araşdırmalarla onun digər bir neçə məhbus ailəsinə zəng edərək qanunsuz pul vəsaitləri tələb edərək bank hesablarına köçürməsi məlum olub.
Araşdırma gedir.
Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Belə ki, N.Əhmədovun məhbuslardan birinin həyat yoldaşını aldadaraq 5 min manat alması barədə məlumatlar yayılıb.