Paytaxtda intihar hadisəsi baş verib.
“Qafqazinfo” bildirir ki, Xətai rayonunda 1991-ci il təvəllüdlü G.Abdullayeva özünü çoxmərtəbəli binanın 11-ci mərtəbəsindəki mənzilin pəncərəsindən atıb. O, hadisə yerində dünyasını dəyişib.
İlkin araşdırmalar zamanı məlum olub ki, G.Abdullayevaya onkoloji xəstəlik diaqnozu qoyulubmuş. Onun özünü atdığı ev isə bacısına məxsusdur.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.