Dünən Kür çayında batan şəxsin meyiti tapılıb.
"Report"un məlumatına görə, Kür çayının Ağstafa rayonundan keçən hissəsində batan 1968-ci il təvəllüdlü Rasim Şıxıyevin meyiti tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
**18:29 (14.08.2024)
Kür çayının Ağstafa rayonundan keçən hissəsində bir nəfərin batdığı ehtimal olunur.
"Report"un məlumatına görə, həmin şəxs 1968-ci il təvəllüdlü Şıxıyev Rasim Vahid oğludur.
Onun axtarışı üçün əraziyə FHN əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.