Cəlilabadda ata və qızının dəhşətli ölümü - TƏFƏRRÜATLAR

Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub.


"Report"un əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov dərinliyi təxminən 15 metr olan su quyusuna düşən qızı - 2004-cü il təvəllüdlü Məmmədova Nəsibəni oradan xilas etmək istəyərkən özü də quyuya düşərək boğulub.


Qız quyuya düşərkən evdə heç kim olmayıb. Qonşu kəndə qonaq gedən ata evə gəldikdən sonra qızını axtarmağa başlayıb. Sonra onun ayaqqabılarını quyunun kənarında görüb. Qızının quyuya düşdüyünü müəyyən edən ata dərhal su şlanqı ilə onu çıxarmağa çalışıb. Lakin şlanq qırıldığından o da boğulub.


Kənd sakinlərinin məlumatına görə, qız həmişə quyudan kəndir vasitəsi ilə su çəkirmiş. O boğulan zaman evin xanımı Bakıda müalicədə olub.


Qeyd edək ki, dünyasını dəyişən N.Məmmədova nişanlı imiş.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.