Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramana qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.
Senzor.az bildirir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi məlumatında belə deyilir.
Avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır. Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.