Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.
"Report"un sorğusuna cavab olaraq TƏBİB-dən verilən açıqlamada belə deyilir.
Qeyd edilib ki, artıq mütəxəssislər tərəfindən optimizasiya işləri aparılıb, sistemin işi tam bərpa olunub.
Xatırladaq ki, sosial şəbəkələrdə poliklinikalarda onlayn növbə sistemində problemlərin olduğu bildirilib. Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.
Qeyd edək ki, buna səbəblərdən biri kimi “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün” sağlamlıq haqqında arayışların əldə olunmasına dair tibb müəssisələrinə müraciət sayında kəskin artımın olduğu göstərilib.