Naxçıvan aeoportunda sıxlıq:
BAKIYA REYSLƏRİN SAYI ARTIRILDI

Çoxlu sayda zəvvarların ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

 

Sərnişinlərin çoxluğu “Azərbaycan Hava Yolları” aviaşirkətinin üzərinə ciddi əlavə yük qoyub. Lakin buna və sıx yay uçuş cədvəlinə baxmayaraq Azərbaycanın milli aviadaşıyıcısı AZAL Naxçıvandan Bakıya sərnişinlərin daşınması üçün bütün lazımi tədbirləri görür.

 

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan uçuş cədvəlindən kənar zəvvarların paytaxta çatdırılması üçün dünən üç əlavə reys həyata keçirib. Bu günə isə dörd əlavə reys ayrılıb ki, bu da sərnişinlərin Bakıya çatdırılmasını sürətləndirməyə imkan verəcək. 600 nəfərdən çox zəvvar AZAL-ın reysləri ilə artıq Bakıya gəlib.

 

Hazırda Naxçıvan Beynəlxalq Hava limanında uçuşunu gözləyən sərnişinlər bütün lazımi vasitələrlə təmin olunurlar.

 

Məlumat üçün bildirək ki, yay aylarında Bakı-Naxçıvan-Bakı marşrutunda yüksək tələbat qeydə alınır. Bu tələbatı qarşılamaq məqsədilə AZAL gün ərzində Naxçıvan istiqamətində 10-15 reys həyata keçirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.