Bakının Yasamal rayonu, Alatava-1 adlanan ərazisində yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünü iddia edirlər.
Sakinlər bildirirlər ki, bəzi vətəndaşlarla artıq müqavilələr bağlanıb. Digər mənzillərin sahibləri də ərazini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır.
Məsələ ilə bağlı adıçəkilən tikinti şirkətinin hüquqşünası Cabbar Həsənov bildirib ki, söküntü işləri bina üçün nəzərdə tutulan yerlərdə olan evlərin sahibləri ilə razılaşma olduqdan sonra aparılıb.
Onun sözlərinə görə, şirkət ilə razılıq əldə olunmadığı halda vətəndaş dəymiş ziyanla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət edə bilər.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında: