Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, hazırda:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.