Sentyabrın 7-si axşam saatlarında KXCP-nin sədri Mimahmud Mirəlioğlunun da olduğu avtomobil qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, Şirvan şəhərindən toydan Bakıya qayıdarkən yolda sürətlə şütüyən hərbi yük maşınının təkəri qəfildən çıxaraq arxadan gələn - Mirmahmud Mirəlioğlunun olduğu avtomobilə dəyib.
Zərbə nəticəsində avtomobilə ciddi ziyan dəysə də, xoşbəxtlikdən sərnişinlərin heç biri xəsarət almayıb.