Xaçmaz rayonunun Xudat şəhərində ananın öz övladına ağır xəsarətlər yetirdiyi deyilir.
Bu barədə “Xəzər Xəbər” süjet yayımlayıb.
Məlumata görə, Qusar rayon sakini Səyyarə Qayıbova kirayə yaşadıqları mənzildə 7 yaşlı qızına ağır xəsarətlər yetirib.
Hadisə baş verən zaman ata evdə olmayıb. Xəsarət alan azyaşlının ailənin ən böyük övladı olduğu bildirilir.
Övladlarının oyun oynamasına əsəbiləşən ananın 7 yaşlı qızını dəmir parçası ilə döydüyü deyilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən ana sağlamlığı ilə bağlı xəstəxanaya yerləşdirilib.
Hazırda xəsarət alan azyaşlının müalicəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasında davam edir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu isə bildirib ki, ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər.
Ətraflı videomaterialda: