Prokuror Nazim Bəydəmirliyə 9 il həbs cəzası tələb etdi

Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşır. 

 

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bütün zərərçəkmişlər və şahidlər dindirilib. İş materialları tədqiq edilib.

 

Prosesə sədrlik edən hakim bugünkü iclasda məhkəmə istintaqının tamamlanmasını təklif edib. Amma Bəydəmirli buna etiraz edib. O, susmaq hüququndan istifadə etdiyini deyərək vəkili Aqil Layıcdan da imtina etdiyini bəyan edib.

 

Vəkil ondan imtina etməsi ilə bağlı rəsmi şəkildə yazıb məhkəməyə ərizə verməsini istəyib. Aqil Layıc özü də məcbur müdafiədə qalmaq istəmədiyini bildirib. 

 

Amma Nazim Bəydəmirli şüşə qəfəs arxasında yazdığı ərizədə Aqil Layıcdan deyil, ümumiyyətlə, müdafiədən imtina etdiyini qeyd edib.  

Hakim ona izah edib ki, qanunun tələbinə görə o, müdafiədən imtina edə bilməz. Yəni Aqil Layıc olmazsa, ona dövlət hesabına vəkil təyin ediləcək.

 

Onun şikayəti düzgün tərtib edilmədiyindən, əsassız hesab edilib. 

 

Bundan sonra məhkəmə istintaqı tamamlanıb, prokuror ittiham nitqi ilə çıxış edib. O, Nazim Bəydəmirlinin hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilməsini istəyib. 

 

Müdafiə tərəfinə çıxışa hazırlanması üçün vaxt verilib. 

 

Qeyd edək ki, N.Bəydəmirli ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.