Naxçıvan MR Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqlədi
YENİLƏNİB, FOTO


Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilərə dair sentyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin konstitusiya icraatı qaydasında iclası olub. Seçkinin nəticəsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı ilə bütövlükdə təsdiq edilib.

 

Senzor.az bildirir ki, bu barədə muxtar respublikanın Ali Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

 

İclası Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasınа dair işə konstitusiya icraatı qaydasında baxılır.

 

Sonra Ali Məhkəmənin hakimi Əli Allahverdiyev seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair məruzə ilə çıxış edib. 

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə iclasda çıxış edərək, seçkilərə hazırlıq prosesindən başlayaraq, son nəticələrə qədər həyata keçirilmiş işlər barədə geniş məlumat verib.

 

Mütəxəssis qismində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri Həbib Rzayev Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mütəxəssislərinin yoxlama prosesində yaxından iştirak etdiyini vurğulayaraq, yoxlamanın yekununa dair tərtib olunmuş rəyi elan edib.

 

Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı elan olunub.

 

**13:51


Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş seçkilərlə bağlı iclas keçiriləcək.

 

“Qafqazinfo” xəbər verir ki, seçkilərin nəticələrinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin konstitusiya icraatı qaydasındakı iclas bu gün saat 16:00-da baş tutacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.